Xəbər Başlığı - 17-11-2017
 
Milli Dirçəliş Günü
Milli Dirçəliş günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. 17 noyabr 1988-ci ildə Azərbaycan xalqı Şuşada yerləşən Topxana meşəsinin qırılmasına və SSR-in sosial siyasətinə etiraz əlaməti olaraq Azadlıq meydanında mitinq keçirdi. 1988-ci il 17 noyabr - 5 dekabr aralığında davam edən Meydan hərəkatı milli-azadlıq hərəkatının başlanğıcı oldu.

Xalq hakimiyyətin qarşısında:

- Topxana meşəsinin qırılmasının dayandırılmasını;

- Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətlərinin bərpa olunmasını tələb edirdi.

Hərəkat dekabrın 4-də ordunun köməyi ilə dağıdıldı.

Ümumilikdə, 1988-1991-ci illərin Milli-Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının qəbul olunması ilə nəticələndi. Azərbaycan ikinci dəfə 18 oktyabr 1991-ci ildə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

 

 

« Siyahıya qayıt
×
(CONTENT HERE)
Yüklənir
Yüklənir