İlkin Təhsil səviyyəsï:

 

1-ci səviyyə-New Headway Beginner Cutting Edge “Beginners” kursu sıfırdan başlayaraq təhsil alan tələbələr ücün nəzərdə tutulur.

İlkin səviyyədə dilin öyrənilməsində sonrakı mərhələ üçün əsaslar qoyulur və təhsil prosesinin özünə maraq yaradılır. Material düşünülərək və metodiki səviyyədə verilir.Leksika bölməsi dəqiqliklə hazırlanmışdır. Praktik tapşırıqların məqsədi ünsiyyət təcrübəsinin inkişafı və onun real vəziyyətlərdə əminliklə istifadəsidir. Proqrama fonetika, qrammatikanın əsasları və danışıq daxildir. Təhsili bitirdikdən sonra tələbə çətin olmayan mətnləri oxuya bilər və məişət mövzularında söhbətlər apara bilər. Tədris “ İngilis Dili “ kafedrasının müəllimləri, ingilis dilli ölkələrdə təhsil almış müəllimlər və dilçilər tərəfindən aparılır. New Headway Beginner və Cutting Edge kursu haqqında məlumat İngilis dilinin öyrənilməsi müddəti- 27 saat (9 həftə) Dərs Rejimi – həftədə 3 dəfə 1 saat müddətində

 

Elementar Təhsil Səviyyəs:

 

2- ci səviyyə New Headway Elementary və Cutting Edge Elementar səviyyəli təhsil proqramı haqqında qısa xülasə : “ Elementary ” kursu inglis dilinin qrammatikası və danışıq təcrübəsi haqqında əsaslı məlumatı olan amma kifayət qədər söz ehtiyyatı olmayan tələbələr üçün nəzərdə tutulur. Proqram 4 növ istiqamətin inkişafı üçündür: a. Müəllimlə tələbənin söhbəti (nitq qavrama qabiliyyəti) b. Oxuma c. Məktublar d. Danışıq Bir dərsdə 30-35 yeni söz daxil olmaqla gündəlik həyatda istifadə olunan mövzular işlənilir, həmçinin ingilis dilinin əsaslı qrammatikası (əsas zaman formaları və qrammatik konstruksiyalar), dərsdə və evdə aparılan söhbətlər və ev tapşırığı çərçivəsində yazılı tapşırıqlar bura daxildir. Kursu bitirdikdən sonra tələbə mətnin və danışığın əsas məzmununun anlayışını, səyahətlərdə və adi həyat situasiyalarında danışmağı, eşidilənlər və oxunanlar əsasında qısa məlumatlar verilməsini, adi və şəxsi məktubların yazılmasını həyata keçirə bilər. Tədris “İngilis Dili” kafedrasının müəllimləri, ingilis dilli ölkələrdə təhsil almış müəllimlər və dilçilər tərəfindən aparılır. New Headway Elementary və Cutting Edge kursu haqqında məlumat İngilis dilinin öyrənilmə müddəti – 44 saat (15 həftə) Dərs Rejimi – həftədə 3 dəfə 1 saat

 

 

İlkin Orta Təhsil Səviyyəsi:

 

3-cü New Headway Pre- İntermediate səviyyəsi İlkin Orta səviyyəli təhsil proqramı haqqında qısa xülasə : “ Pre – İntermediate “ kursu “ Elememtary “ səviyyəsində hər hansı bir təcrübəyə malik olan tələbələr üçün nəzərdə tutulur. Təhsil qrammatika haqqında biliklərin və söz ehtiyatının artırılması, kifayət qədər asan olmayan cümlələrin düzgün tələffüzü, məzmunundan asılı olaraq müxtəlif intonasiyalardan istifadə etməklə mürəkkəb ifadələrin müstəqil surətdə qurulmasına yönləndirilmişdir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir.Pre-İnremediate səviyyəsini bitirdikdən sonra tələbə hər hansı yazılı və ya şifahi məlumatın məzmununu tamamilə anlayır, şəxsi fikrini bildirir, oxuduqları və yazdıqları əsasında ətraflı məlumatlar əldə edir, müəyyən çətinlikdə olan şəxsi və rəsmi yazışmalar aparır, ingilis dilində ədəbiyyat oxuya bilir, xarici səfərlərdə tərcüməçisiz keçinə bilir. Bu kursda alınmış təhsil tələbəyə Beynəlxalq imtahan olan PET (Preliminary English Test) müvəffəqiyyətlə verilməsinə imkan yaradır. Tədris “İngilis Dili” kafedrasının müəllimləri, ingilis dilli ölkələrdə təhsil almış müəllimlər və dilçilər tərəfindən aparılır. New Headway Pre-İntermediatevə Cutting Edge kursu haqqında məlumat İngilis dilinin öyrənilmə müddəti – 24 saat (8 həftə) Dərs Rejimi – həftədə 3 dəfə 1 saat

 

Orta Təhsil Səviyyəsi:

 

 

4-cü New Headway Intermediate və Cutting Edge səviyyəsi Orta səviyyəli təhsil proqramı haqqında qısa xülasə : “ İntermediate “ kursu “ Pre- İntermediate “ səviyyəsində ingilis dili haqqında bəzi təcrübələri olan tələbələr üçün nəzərdə tutulur. Təhsilə qrammatika haqqında biliklərin artırılması, söz ehtiyyatının çoxaldılması və danışıq maneələrinin aradan götürülməsi (danışıq təcrübəsi) daxildir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir. İntermediate səviyyəsini bitirdikdən sonra tələbə aşağıdakı qabiliyyətləri əldə edir: a. Hazırlaşmadan sosial əhəmiyyətli mövzulara aid diskusiyalarda iştirak etmək b. İngilis dilli radio və televerilişləri başa düşülmək c. Telefonla danışmaq d. Müsahibədən keçmək e. Məruzə ilə çıxış etmək f. Hər hansı bir çətinlikdə işgüzar və ya şəxsi yazışmalar aparmaq g. Xarici kolleqalar ilə işgüzar danışıqlarda iştirak etmək h. İngilis dilli dostlarla ünsiyyət qura bilmək i. Həmin səviyyəyə uyğun ingilis dilli ədəbiyyat oxumaq Bu kursdan əldə edilmiş biliklər tələbəyə Beynəlxalq Kembric imtahanının FCE (First Certificate in English) müvəffəqiyyətlə verilməsinə imkan yaradır. Tədris “ İngilis Dili “ kafedrasının müəllimləri, ingilis dilli ölkələrdə təhsil almış müəllimlər və dilçilər tərəfindən aparılır. New Headway İntermediate və Cutting Edge kursu haqqında məlumat İngilis dilinin öyrənilmə müddəti – 12 saat (4 həftə) Dərs Rejimi – həftədə 3 dəfə 1 saat

 

 Ortadan Yüksək Təhsil Səviyyəsi:

 

5- ci New Headway Upper-İntermediate səviyyəsi Ortadan Yüksək səviyyəli təhsil proqramı haqqında qısa xülasə : “ Upper-İntermediate “ kursu “ İntermediate “ səviyyəsində müəyyən bir təcrübəyə malik olan tələbələr üçün nəzərdə tutulur. Təhsil ingilis dilinə praktik və azad şəkildə yiyələnmə, xarici dilli vətəndaşların danışıqlarının tamamilə başa düşülməsinə yönləndirilir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir.Kursu bitirdikdən sonra tələbə müxtəlif mövzularda (məişət mövzularından profesional səviyyəyə qədər) dildən sərbəst şəkildə istifadə edə bilir, xarici vətəndaşlarla rahat ünsiyyət qura bilir, xüsusi və bədii ədəbiyyat oxuya bilir, mətnin məzmununu ümumiləşdirə və izah edə bilir, oxunmuş mətnin icmalını qura bilir. Bu kursda əldə edilmiş biliklər tələbəyə Kembric CAE (Cambridge Advanced English) və TOEFL (Test Of English As A Foreign Language) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır. Tədris “ İngilis Dili “ kafedrasının müəllimləri, ingilis dilli ölkələrdə təhsil almış müəllimlər və dilçilər tərəfindən aparılır. New Headway Upper – İntermediate və Cutting Edge kursu haqqında məlumat İngilis dilinin öyrənilmə müddəti – 24 saat (8 həftə) Dərs Rejimi – həftədə 3 dəfə 1 saat

 

Yüksək Təhsil Səviyyəsi:

 

6- cı New Headway Advanced səviyyəsi Yüksək səviyyəli təhsil proqramı haqqında qısa xülasə : “ Advanced “ kursu tələbələrə biliklərini mükəmməlləşdirmək və onları profesional səviyyəyə çatdırmaq üçün nəzərdə tutulur. Təhsil əsasən söz ehtiyatının artırılması, nitq tərzləri və dil formalarına yönləndirilmişdir. Bu səviyyə böyük söz ehtiyatı və qrammatika haqqında tam biliklər verir. Kursu bitirdikdən sonra tələbə müxtəlif situasiyalarda (xarici vətəndaşla eyni səviyyədə) danışıq dilinə yiyələnə bilir, hər hansı bir səviyyədə və mövzuda sinxron tərcümələr edə bilir. Kursda əldə edilmiş biliklər tələbəyə TOEFL (Test Of English As A Foreign Language), CAE (Cambridge Advanced English) və CPE (Certificate Proficiency İn English) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır. Tədris “ İngilis Dili “ kafedrasının müəllimləri, ingilis dilli ölkələrdə təhsil almış müəllimlər və dilçilər tərəfindən aparılır. New Headway Advanced və Cutting Edge kursu haqqında məlumat İngilis dilinin öyrənilmə müddəti – 24 saat (8 həftə) Dərs Rejimi – həftədə 3 dəfə 1 saat

×
(CONTENT HERE)
Yüklənir
Yüklənir