İmtahanda diqqət ediləcək ümumi qaydalar
İmtahan suallarını həll etməyə vərdiş etdiyiniz tərzdə başlamalısınız. Daha əvvəl sınaq imtahanlarında yoxlamadığınız bir tərzi imtahanda əsla etməyin.
Sualları həll etməyə ən yaxşı bildiyiniz fəndən başlaya bilərsiniz.
İmtahanda vaxtla yarışdığınızı unutmayın. Həll edə bilmədiyiniz sualların yanına sual işarəsi (?) qoyaraq digər suallara keçməlisiniz. Vaxt qalarsa bu suallara təkrar dönə bilərsiniz. Qətiyyən həll edə bilməyəcəyinizi bildiyiniz suallar varsa, o sualların yanına da (-) işarəsi qoya bilərsiniz. Zaman qalarsa, dönüb bu suallara vaxt sərf etmək əvəzinə, yanında sual işarəsi olan sualları həll etməyə çalışın. Sual köklərindəki verilənlərin hamısını oxumalısınız. Altından xətt çəkilmiş və inkarlıq ( mənfi ifadələrə, çıxarıla bilməz, deyilə bilməz, deyil, yoxdur və b. ) diqqət etməlisiniz.
Sualların hamısını oxumalısınız. Bir testdəki. çətin suallar da asan suallar da, eyni baldır. Sizə çətin gələn suala vaxt sərf etməyin. Variantların hamısını oxumalısınız.
Humanitar suallar da daxil olmaq şərtilə bütün suallarda qələmdən istifadə edərək, həll etməlisiniz. Sual hell edərkən ağlınıza gələn fikirləri bir sözlə dərhal qeyd etməlisiniz. Bu diqqətsizliyin qarşısını alaraq, tapdığınız və doğruluğundan əmin olduğunuz cavabları cavab kağızına qeyd etmədən əvvəl doğru və düzgün şəkildə işarələməlisiniz. Tapdığınız cavabı A, B, C, D, E kimi deyil, Abşeron, Bolu, Culfa, Daşkoson, Elbrus kimi kodlarla yazın. Bela etsəniz cavabi B tapıb D işarələməyəcəksiniz.
Səhv etməmək üçün sual nömrəsinə və cavab kartlarına diqqət etməlisiniz. İmtahandan tez çıxmaq məharət deyil. İmtahan vaxtını sonuna qədər ən yaxşı şəkildə dəyərləndirməlisiniz.
Xüsusilə humanitar suallara verdiyiniz ilk cavab çox önəmlidir. İlk cavabınızın səhv olduğundan əmin deyilsinizsə dəyişdirməyin.
Vaxt qalarsa, cavablarınızı gözdən keçirməlisiniz. Edə bilmədiyiniz suallara təkrar baxmalısınız.