İmtahana qədər nələr edilməlidir?
Unutmaq təbii haldır. İnsan öyrəndiklərinin 70% -ni 1 saat içində, 80%-ni də bir gün içində unuda bilər. Buna görə təkrara üstünlük verməlisiniz. Xüsusilə formulları, bildiyiniz, amma məsələni həll edərkən unutduğunuz mövzuları təkrar etməlisiniz. Heç bilmədiyiniz və ya çox yaxşı bildiyiniz mövzulara vaxt sərf etməlisiniz. İmtahana sağlam şəkildə girməyiniz lazımdır. Buna görə imtahandan əvvəl sağlamlığınıza (səhhətinizə), zədələnməməyə diqqət etməlisiniz. Zədələnə biləcəyiniz idman hərəkətlərindən uzaq durmalısınız. Dondurma kimi sağlamlığınızı riskə ata biləcək qidaları yeməkdən imtahana qədər qaçmalı, əhvali-ruhiyyənizi pozacaq, sizi gərginliyə salacaq, zehninizi boş yerə məşğul edə biləcək hadisələrdən uzaqlaşmalısınız Bu kimi televiziya proqramlarını izləməməlisiniz. Film izləmək istəyirsinizsə sizi rahatladacaq filmləri, məsələn, komediya filmlərini üstün tuta bilərsiniz.
Məlumatsızlıq və qeyri-dəqiqlik qayğıya yol aça bilər. Bu səbəblə imtahana girəcəyiniz binanı öncədən gedib görməlisiniz. Ən azından imtahandan əvvəlki gün bu işlər bitməlidir.
İmtahanın keçiriləcəyi binaya imtahan günü necə gedə biləcəyinizi dəqiqliklə və alternativ variantlarla əvvəlcədən planlaşdırmalısınız.
İmtalan gecəsi və səhəri nələr edilməlidir?
Həkiminizin verdiyi və istifadə etmək məcburiyyətində olduğunuz dərmanlardan başqa heç bir dərman qəbul etməyin. Mədənizi poza biləcək və ya mədənizə ağır gələ biləcək yeməklər yeməməlisiniz. İstəyirsinizsə imtahan gecəsi də çalışa bilərsiz, amma gecə yaxşı yatmalısınız. 21:30, 22:30 aralarında yatmağa getməlisiniz.
İmtahanda glikozaya (qan şəkəri) çox ehtiyacınız olacaq. Çünki beynin qidası oksigen, su və glikozadır. Ona görə də mütləq səhər yeməyi yeməlisiniz. Yanınızda su, konfet, şokalad, meyvə şirəsi, quru üzüm, biskivit kimi qida və içkilər götürə bilərsiniz.